Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarının
orta və böyük rəis heyətlərində xidmətə qəbul üzrə
müsabiqənin test imtahanının proqramı
(Pedaqoji təhsillilər üçün)
Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidmətinə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:
Qanunvericilik aktları və nəzəri bilik sahələri:
- Azərbaycan Respublikasının Konstitusiyası.
- Pedaqogika.
- Psixologiya.
- BMT-nin «İnsan hüquqları haqqında» Ümumi Bəyannaməsi.
- «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu.
- «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu.
- «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu.
- «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu.
- «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu.
- «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu.