X fəsil. Yekun müddəalar

 

155. Daxili işlər orqanlarında xidmətə qəbul olunan digər orqanların işçilərinə ixtisas dərəcələri, xüsusi rütbələri nəzərə alınmaqla xüsusi rütbələr verilir. Onların daxili işlər orqanlarında xidmət illəri hesablanarkən xüsusi rütbələrdə xidmət etdiyi müddət nəzərə alınır.
156. Hərbi və fövqəladə vəziyyət elan edilmiş ərazilərdə daxili işlər orqanları əməkdaşlarının xidmət keçmələrinin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
157. Xidməti vəzifələrini icra edərkən həlak olan (vəfat edən) əməkdaşların dəfni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının maliyyə vəsaiti hesabına həyata keçirilir.
158. Daxili işlər orqanları əməkdaşlarının dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
159. Daxili işlər orqanlarında xidmətkeçməyə idarədənkənar nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarədaxili nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
160. Bu Əsasnamənin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.