V fəsil. Yekun müddəalar

 

Maddə 34. Nümayəndəlik

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanğın təhlükəsizliyi məsələləri üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının adından nümayəndəlik edir.

Maddə 35. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından mühafizə orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunların icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər.

Maddə 36. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 iyun 1997-ci il

№ 313-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (02 avqust 1997-ci il, № 163).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 415).

23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 19 aprel 2002-ci il tarixli, 304-IIQD nömrəli; 19 aprel 2002-ci il tarixli, 306-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 20 aprel 2004-cü il tarixli, 641-IIQD nömrəli; 7 sentyabr 2004-cü il tarixli, 731-IIQD nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 752-IIQD nömrəli; 1 may 2007-ci il tarixli, 324-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 620-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 802-IIIQD nömrəli; 30 sentyabr 2014-cü il tarixli, 1049-IVQD nömrəli; 2 fevral 2015-ci il tarixli, 1175-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.