V fəsil. Dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi

 

Maddə 29. Dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi

29.1. Dövlət hakimiyyəti orqanlarının, büdcə müəssisələrinin, idarələrinin, təşkilatlarının və onların struktur bölmələrinin dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti müvafiq büdcələrin vəsaiti hesabına, qalan müəssisə, idarə və təşkilatların fəaliyyəti isə onların dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləri görərkən əsas fəaliyyətdən götürdükləri vəsait hesabına maliyyələşdirilir.

29.2. Dövlət sirrinin mühafizəsinə dair dövlət proqramlarının maliyyələşdirilməsi üçün vəsait Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulur.

29.3. Dövlət sirrinin mühafizəsi tədbirlərinin görülməsi üçün ayrılan vəsaitin xərclənməsinə nəzarəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, işlərin sifarişçiləri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi səlahiyyət verilmiş vəzifəli şəxsləri həyata keçirirlər.