Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

 

Bu qanun narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının təhlükəsizliyini vurğulayaraq narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınmasının, həmin əməlləri törədən şəxslərin aşkar edilməsinin və cəzalandırılmasının hüquqi əsaslarını və bununla əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.