Fəsil IV. Qanunun icrasına nəzarət

 

Maddə 15. Məhkəmə nəzarəti
Dövlət daktiloskopik qeydiyyatı aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarlarından və hərəkətlərindən Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.
Maddə 16. Prokuror nəzarəti
Dövlət daktiloskopik qeydiyyatını aparan və daktiloskopik məlumatlardan istifadə edən orqanlarda bu qanunun icrasına riayət edilməsinə nəzarət Azərbaycan Respublikasının baş prokuroru və ona tabe olan prokurorlar tərəfindən həyata keçirilir.
Maddə 17. İdarə nəzarəti
Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri dövlət daktiloskopik qeydiyyatına nəzarəti həyata keçirirlər.
Həmin rəhbərlərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.