Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi təsdiq edilsin.
Maddə 2

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 2000-ci il iyunun 1-dən qüvvəyə minsin.

Maddə 3

«Azərbaycan SSR Cinayət Məcəlləsinin təsdiq edilməsi haqqında» 1960-cı il dekabrın 8-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, № 29, maddə 143), habelə Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 1960-cı il dekabrın 8-dən 2000-ci il iyunun 1-dək qəbul olunmuş qanunlar və digər normativ-hüquqi aktlar 2000-ci il iyunun 1-dən qüvvədən düşmüş hesab edilsin.

Maddə 4
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1960-cı il dekabrın 8-dən etibarən qəbul olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətini fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ-hüquqi aktları 2000-ci il iyunun 1-dən ləğv edilsin:
4.1. «Fərdi mənzil tikintiləri, tikinti materiallarının əldə edilməsi və mənzil fondunun nizamlanması barədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi haqqında» 1961-ci il 24 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1961, № 9 maddə 37);
4.2. «Cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqında» 1961-ci il 4 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1961, № 13 maddə 52);
4.3. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 172-1-ci maddənin əlavə edilməsi haqqında 1961-ci il 3 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1961, № 16, maddə 60);
4.4. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 1961-ci il 24 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1961, № 21, maddə 78);
4.5. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavə edilməsi haqqında» 1962-ci il 8 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962, № 1, maddə 6);
4.6. «Milis işçisinin və xalq drujinaçısının həyatına, sağlamlığına və ləyaqətinə qəsdə görə məsuliyyətin gücləndirilməsi haqqında» 1962-ci il 28 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962, № 7, maddə 30);
4.7. «Rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi haqqında» 1962-ci il 28 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962, № 7, maddə 31);
4.8. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinə əlavələr edilməsi haqqında» 1962-ci il 28 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962, № 7, maddə 32);
4.9. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 1962-ci il 7 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1962, № 22, maddə 115);
4.10. «Mal-qaraya yedirtmək üçün dövlət və ya kooperativ mağazalardan çörək, un, yarma və başqa ərzaq məhsullarını alan şəxslərin intizam və cinayət məsuliyyəti haqqında» 1963-cü il 25 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1963, № 3, maddə 13);
4.11. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 212-1-ci maddənin əlavə edilməsi haqqında» 1963-cü il 11 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1963, № 32, maddə 201);
4.12. «Ov qaydalarını pozmağa görə mübarizənin gücləndirilməsi haqqında» 1964-cü il 13 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964, № 14, maddə 70);
4.13. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinə əlavələr edilməsi haqqında» 1964-cü il 13 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964, № 14, maddə 72);
4.14. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 152-ci maddəsinə əlavə edilməsi haqqında» 1964-cü il 13 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964, № 14, maddə73);
4.15. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 240, 250 və 252-ci maddələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1965-ci il 2 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1965, № 7, maddə 57);
4.16. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 142-ci maddəsinə əlavələr daxil edilməsi haqqında və dini xurafatdan tamah məqsədi ilə istifadə olunmasına görə cinayət məsuliyyəti müəyyən edilməsi barəsində» 1965-ci il 24 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1965, № 27, maddə 145);
4.17. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 1966-cı il 31 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966, № 3, maddə 18);
4.18. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 141-ci maddəsinə əlavələr edilməsi haqqında» 1966-cı il 22 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rayasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966, № 8, maddə 59);
4.19. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr daxil edilməsi haqqında» 1966-cı il 24 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966, № 16, maddə 135);
4.20. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr daxil edilməsi haqqında» 1966-cı il 24 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966, № 18, maddə166);
4.21. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr daxil edilməsi haqqında» 1967-ci il 22 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1967, № 12, maddə 144);
4.22. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 231-ci maddəsinə əlavələr edilməsi haqqında» 1967-ci il 31 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1967, № 17, maddə 185);
4.23. «Heyvanlarla rəhmsizcəsinə rəftar etməyə görə məsuliyyət haqqında» 1967-ci il 16 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1967, № 18, maddə192);
4.24. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 56-cı maddəsinə əlavələr edilməsi haqqında» 1967-ci il 10 oktyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1967, № 19, maddə 207);
4.25. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 159-cu və 161-ci maddələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1967-ci il 23 oktyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1967, № 20, maddə 214);
4.26. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1968-ci il 26 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1968, № 14, maddə 113);
4.27. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 196-cı maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1969-cu il 20 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1969, № 2, maddə 15);
4.28. «Azərbaycan SSR Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1969-cu il 12 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1969, № 11, maddə 95);
4.29. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 206-1-ci və 215-1-ci maddələrin əlavə edilməsi haqqında» 1969-cu il 18 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1969, № 22, maddə 173);
4.30. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr keçirilməsi haqqında» 1970-ci il 29 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1970, № 2, maddə 13);
4.31. ‘”Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr keçirilməsi haqqında» 1970-ci il 30 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1970, № 6, maddə 40);
4.32. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1971-ci il 18 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1971, № 22, maddə 177);
4.33. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 160-cı maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1972-ci il 29 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1972, № 7-8, maddə 21);
4.34. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 164-1-ci maddəsinə əlavələr edilməsi haqqında» 1972-ci il 19 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1972, № 12, maddə 51);
4.35. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 154-cü maddəsinə əlavələr edilməsi haqqında» 1972-ci il 19 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1972, № 12, maddə 52);
4.36. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr keçirilməsi haqqında» 1972-ci il 29 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1972, № 15-16, maddə 94);
4.37. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında» 1973-cü il 13 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, № 7, maddə 62);
4.38. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə əlavələr edilməsi haqqında» 1973-cü il 25 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, № 10, maddə 90);
4.39. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1973-cü il 4 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, № 13, maddə 116);
4.40. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 219-cu maddənin əlavə edilməsi haqqında» 1973-cü il 14 dekabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, № 23, maddə 198);
4.41. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1975-ci il 8 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1975, № 7, maddə 48);
4.42. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 215-1-ci maddəsinə dəyişikliklər edilməsi haqqında» 1975-ci il 27 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1975, № 16, maddə 136);
4.43. «İctimai-faydalı əməkdən boyun qaçıran və cəmiyyətə zidd, tüfeyli həyat sürən şəxslərin məsuliyyətinə dair Azərbaycan SSR qanunvericilik aktlarının qüvvəsini itirmiş hesab edilməsi haqqında» 1975-ci il 27 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1975, № 16, maddə 137);
4.44. «Satışa pis keyfiyyətli, standartsız və komplektsiz mallar buraxmağa görə cinayət məsuliyyəti müəyyən edilməsi haqqında» 1975-ci il 27 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1975, № 16, maddə 138);
4.45. «Odlu silahı əldə etmək, qeydə aldırmaq, işlətmək və saxlamaq qaydalarını pozmağa görə məsuliyyət haqqında» 1977-ci il 12 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, № 1—2, maddə 3);
4.46. «Azərbaycan SSR Cinayat Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1977-ci il 28 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, № 5—6, maddə 29);
4.47. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1977-ci il 28 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, № 5-6, maddə 31);
4.48. «Azərbaycan SSR cinayət, mülki, cinayət-prosessual, mülki-prosessual, islah-əmək, nikah və ailə məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 1977-ci il 28 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, № 5—6, maddə 33);
4.49. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 42-1-ci maddənin əlavə edilməsi haqqında» 1977-ci il 26 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, № 8, maddə 49);
4.50. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 55-ci maddəsinə əlavə edilməsi haqqında» 1978-ci il 10 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1978, № 13, maddə127);
4.51. «Azərbaycan SSR Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1979-cu il 26 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1979, № 4, maddə 23);
4.52. «Azərbaycan SSR Cinayət və Cinayat-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1980-ci il 23 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980, № 10, maddə 125);
4.53. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1980-ci il 26 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980, № 11—12, maddə136);
4.54. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 160-1-ci maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında 1980-ci il 12 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980, № 15, maddə 170);
4.55. «Azərbaycan SSR Cinayət və Cinayət Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1980-ci il 15 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980, № 18, maddə 187);
4.56. «Sosialist mülkiyyəti və vətəndaşların şəxsi mülkiyyəti əleyhinə cinayətlər üstündə cinayət məsuliyyətinin gücləndirilməsi haqqında» 1981-ci il 27 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981, 8, maddə113);
4.57. «Azərbaycan SSR Cinayət və Cinayət Prosessual Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 1981-ci il 18 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981, № 18, maddə 207);
4.58. «Azərbaycan SSR Cinayət və Cinayət-Prosessual Məcəllələrinə əlavələr edilməsi haqqında» 1981-ci il 22 oktyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981, № 20, maddə 225);
4.59. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 197-1-ci maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1982-ci il 7 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, № 1—2, maddə 1);
4.60. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr edilməsi haqqında» 1982-ci il 23 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, № 18, maddə161);
4.61. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1982-ci il 4 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, № 21, maddə 203);
4.62. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1982-ci il 22 dekabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, № 24, maddə 292);
4.63. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1983-cü il 28 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1983, № 17—18, maddə 162);
4.64. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1983-cü il 11 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1983, № 21, maddə 194);
4.65. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqanda» 1984-cü il 1 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984, № 3—4, maddə 29);
4.66. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında» 1984-cü il 1 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984, № 3-4, maddə 30);
4.67. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1984-cü il 13 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984, № 7, maddə 55);
4.68. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 95-ci maddəsinə dəyişiklik edilməsi haqqında» 1984-cü il 18 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984, № 11—12, maddə 111);
4.69. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1985-ci il 5 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 3, maddə 29);
4.70. «Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması qaydasında bəzi dəyişikliklər edilməsi haqqında» 1985-ci il 25 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 4, maddə 40);
4.71. «Azərbaycan SSR Cinayət Məcəlləsinə və Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1985-ci il 16 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 10, maddə118);
4.72. «İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə, Azərbaycan SSR Cinayət və Cinayət-prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1985-ci il 13 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 11, maddə 130);
4.73. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 162-2-ci maddəsinin əlavə edilməsi haqqında» 1985-ci il 22 iyul «tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 13—14, maddə151);
4.74. «Azərbaycan SSR bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1985-ci il 14 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 21, maddə 204);
4.75. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1985-ci il 18 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, № 22, maddə 216);
4.76. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 23-cü maddənin əlavə edilməsi haqqında» 1986-cı il 2 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986, № 11, maddə 58);
4.77. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1986-cı il 16 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986, № 12, maddə 72);
4.78. «Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavə edilməsi haqqında» 1986-cı il 22 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986, № 15—16, maddə 124);
4.79. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1987-ci il 25 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 12, maddə 118);
4.80. «Azərbaycan SSR Cinayət məcəlləsinə və Cinayət-prosessual məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1987-ci il 21 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 14, maddə 141);
4.81. «Azərbaycan SSR Cinayət məcəlləsinə, İnzibatı hüquqpozmalar haqqında Azərbaycan SSR məcəlləsinə və Azərbaycan SSR bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1987-ci il 12 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 15—16, maddə 153);
4.82. «Azərbaycan SSR Cinayət Məcəlləsinin 231-ci maddəsinə dəyişiklik və əlavəlar edilməsi haqqında» 1987-ci il 18 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 15-16, maddə 157);
4.83. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1987-ci il 16 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 18, maddə 173);
4.84. «Azərbaycan SSR Cinayət, Cinayət-prosessual və İslah-əmək məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1987-ci il 6 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, № 21, maddə 201);
4.85. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişiklik va əlavələr edilməsi haqqında» 1988-ci il 18 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 4, maddə 26);
4.86. «Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 1988-ci il 10 mart tarixli Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 5—6, maddə 29);
4.87. «Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında» 1988-ci il 24 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 5—6, maddə 35);
4.88. «İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» 1988-ci il 20 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 8, maddə 58);
4.89. «Azərbaycan SSR Cinayət və Cinayat-prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında» 1988-ci il 28 iyul tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 13-14, maddə 136);
4.90. «Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında» 1988-ci il 23 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, № 16, maddə 150);
4.91. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1989-cu il 12 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989, № 7—8, maddə 47);
4.92. «Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına dəyişikliklər və əlavələr edilməsi barəsində» 1989-cu il 11 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989, № 15—16, maddə 118);
4.93. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1990-cı il 16 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990, № 8, maddə 53);
4.94. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 1990-cı il 17 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990, № 8, maddə 55);
4.95. «Azərbaycan SSR-in qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» 1990-cı il 26 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990, № 12, maddə 147);
4.96. «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1991-ci il 25 may tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 12—13, maddə 203);
4.97. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1991-ci il 16 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 3);
4.98. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında» 1992-ci il 17 yanvar tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 5, maddə100);
4.99. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 2 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 7, maddə 167);
4.100. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 26 may tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 10, maddə 300);
4.101. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 412);
4.102. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 22 iyul tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 14, maddə 562);
4.103. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 18 avqust tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 17, maddə 737);
4.104. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» 1992-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 18, maddə 828);
4.105. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 27 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 20, maddə 881);
4.106. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1992-ci il 11 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 21, maddə 923);
4.107. «Azərbaycan Respublikası Cinayət məcəlləsinin 42-ci maddəsinə əlavələr edilməsi haqqında» 1992-ci il 29 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 24, maddə 1049);
4.108. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1993-cü il 27 yanvar tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 64);
4.109. «Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1993-cü il 20 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 9, maddə 226);
4.110. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinə dəyişikliklər edilməsi haqqında» 1993-cü il 19 may tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 10, maddə 300);
4.111. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləsinə və Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 673);
4.112. «Azərbaycan Respublikası Cinayət məcəlləsinin 220-ci maddəsində dəyişikliklər edilməsi haqqında» 1994-cü il 25 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 118);
4.113. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220-ci maddəsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» 1994-cü il 15 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 119);
4.114. «Azərbaycan Respublikasının Cinayət, Cinayət-prosessual məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1995-ci il 4 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 135);
4.115. «Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1994-cü il 21 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasi Ali Sovetinin Məlumatı, 1995, № 10, maddə 192);
4.116. «Azərbaycan Respublikasının bəzi Məcəllələrinə dəyişikliklər edilməsi haqqında» 1995-ci il 12 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 357);
4.117. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında» 1996-cı il 29 may tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 116);
4.118. «Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1996-cı il 24 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 284);
4.119. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1996-cı il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 287);
4.120. «Damazlıq işi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 7 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 301);
4.121. «Bitki karantini haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 7 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 303);
4.122. «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 7 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 304);
4.123. «Fərdi əmək müqavilələri (kontraktları) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, «Hərbi qulluqçuların statusu haqqında», «Əlillərin sosial müdafiəsi haqqında» və əməyin mühafizəsi haqqında Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 1997-ci il 25 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378);
4.124. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 13 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 457);
4.125. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 10);
4.126. «Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1998-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 85);
4.127. «Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1998-ci il 7 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 306);
4.128. «İqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr edilməsi haqqında» 1998-ci il 28 aprel tarixli, 493-IQD saylı Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 307);
4.129. «Referendum haqqında» və «Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 1998-ci il 23 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444);
4.130. «Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1998-ci il 25 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasınin Qanunvericilik Toplusu, 1998, № 8, maddə 488);
4.131. «İqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qüvvəsinin dayandırılması barədə» 1998-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 643);
4.132. «Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə» 1998-ci il 24 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 54);
4.133. «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında» 1999-cu il 30 mart tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4 maddə 226);
4.134. «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 1999-cu il 2 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 284);
4.135. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqında» 1999-cu il 2 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 286);
4.136. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» 1999-cu il 20 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 291);
4.137. «İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə» 1999-cu il 22 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 476).
Maddə 5

Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 6
6.1. 1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsi əsasında məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslərin əməlləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət hesab edilmirsə, həmin şəxslər əsas və əlavə cəzalardan azad olunurlar. Onlar, habelə bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilsinlər.
6.2. 1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsi əsasında məhkum edilmiş və cəzasını çəkib qurtarmamış şəxslərin cəza müddətləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının yuxarı həddindən çox olduğu halda həmin cəza müddətləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müəyyən etdiyi sanksiyanın yüksək həddinə qədər azaldılır (yumşaldılır).
6.3. Cinayət törətdiyinə görə cəza çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə başqa cür yaxşılaşdırılırsa (Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində və düşmən qüvvələrinin silahlı hücumundan qorumaq məqsədi ilə hakimiyyətdən istifadə etməməkdə təqsirli bilinən şəxslər istisna olmaqla), hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən məhkəmə hökmlərinə, cinayət hüquq xarakterli başqa tədbirlərin tətbiq edilməsi barədə məhkəmənin digər qərarlarına yenidən baxılsın.
6.4. Bu maddənin 6.1, 6.2 və 6.3-cü bəndlərinə uyğun olaraq cəza çəkməkdən azad edilmə, cəzanın azaldılması (yumşaldılması), cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdırma prosessual qanunvericiliklə nəzərdə tutulmuş hökmün icra edilməsi qaydasında həll edilir.

6.5. Bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət hesab edilməyən əməllərə dair məhkəmələrin, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallarına 2000-ci il iyunun 1-dən əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilsin.

Maddə 7

1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi təhlükəli residivist hesab edilmiş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

Maddə 8
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən azadlıqdan məhrum etmədən islah işləri növündə cəzaya məhkum olunmuş və cəzalarını islah işlərinə baxan orqanların göstərişi ilə başqa yerlərdə çəkən şəxslərin cəzasının çəkilməmiş hissəsi hökmü çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yerin məhkəməsi tərəfinden dövlət nəfinə tutulmalı olan məbləğ həcmində cərimə ilə əvəz olunur.
Maddə 9
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23-1-ci və 50-2-ci maddələrinə əsasən əməyə mütləq cəlb etməklə azadlıqdan məhrum olunmağa şərti məhrum edilmiş və azadlıqdan məhrum etmə yerlərindən əməyə mütləq cəlb etməklə şərti azad edilmiş şəxslərin cəzasının çəkilməmiş hissəsi, məhkumun cəza çəkdiyi yerin məhkəməsi tərəfindən dövlət nəfinə tutulmalı olan məbləğ həcmində cərimə ilə əvəz olunur.
Maddə 10
Bu Qanunun 8 və 9-cu maddələrində nəzərdə tutulmuş hallarda təyin edilən cərimənin miqdarı bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilən cərimənin yuxarı həddindən çox ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1999-cu il
№ 787-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 aprel 2000-ci il, № 88).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, 2-ci kitab, maddə 251).
Bu Qanun Azərbaycan Respublikasının 26 may 2000-ci il tarixli 886-IQ nömrəli Qanuna əsasən 1 sentyabr 2000-ci ildən qüvvəyə minir .

Azərbaycan Respublikasının 26 may 2000-ci il tarixli, 886-IQ nömrəli; 26 dekabr 2000-ci il tarixli, 49-II QD nömrəli; 20 iyun 2003-cü il tarixli, № 484-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi