Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları (əlavə olunur) təsdiq edilsin.
II. Bu qanun qüvvəyə mindiyi gündən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahılarının təsdiq edilməsi haqqında» 2001-ci il 20 fevral tarixli Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 28 iyun 2005-ci il
№ 960-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 avqust 2005-ci il, № 194).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 696).
26 noyabr 2009-cu il tarixli, 922-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə.
________________________________________
2005-ci il 28 iyun tarixli 
Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların
Siyahıları
I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr
1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr:
1. Allilprodin
2. Alfameprodin
3. Alfametadol
4. Alfa-metilfentanil
5. Alfa-metiltiofentanil
6. Alfaprodin
7. Alfasetilmetadol
8. Anileridin
9. Asetil-alfa-metilfentanil
10. Asetilmetadol
11. Asetorfin
12. Asetildihidrokodein
13. Bezitramid
14. Benzetidin
15. Benzilmorfin
16. Beta-hidroksi-3-metilfentanil
17. Beta-hidroksifentanil
18. Betameprodin
19. Betametadol
20. Betaprodin
21. Betasetilmetadol
22. Dezomorfin
23. Dekstromoramid
24. Dekstropropoksifen
25. Diampromid
26. Dihidroetorfin
27. Dihidromorfin
28. Dimenoksadol
29. Dimepqeptanol
30. Dimetiltiambuten
31. Dioksafetil-butirat
32. Dipipanon
33. Difenoksilat
34. Difenoksin
35. Dietiltiambuten
36. Drotebanol
37. Ekqonin
38. Etilmetiltianbuten
39. Etokseridin
40. Etonitazen
41. Etorfin
42. Fenadokson
43. Fenazosin
44. Fenampromid
45. Fenomorfan
46. Fenoperidin
47. Furetidin
48. Folkodin
49. Heroin
50. Hidrokodon
51. Hidroksipetidin
52. Hidromorfinol
53. Hidromorfon
54. Xaşxaş kütləsinin konsentratı
55. İzometadon
56. Kannabis qətranı, ekstraktı
və cövhəri
57. Ketobemidon
58. Klonitazen
59. Kodoksim
60. Kokain
61. Koka yarpağı
62. Levometorfan
63. Levomoramid
64. Levorfanol
65. Levofenasilmorfan
66. Metadonun aralıq məhsulu
67. Metazosin
68. Metildezorfin
69. Metildihidromorfin
70. 3-metiltiofentanil
71. 3-metilfentanil
72. Metopon
73. Mirofin
74. Moramidin aralıq məhsulu
75. Morferidin
76. Morfinmetobromid
77. Morfin-N-oksid
78. MFPP
79. Nikodikodin
80. Nikokodin
81. Norkodein
82. Nikomorfin
83. Norasetimetadol
84. Norlevorfanol
85. Normetadon
86. Normorfin
87. Norpipanon
88. Oksikodon
89. Oksimorfon
90. PEPAP
91. Petidin
92. Petidinin aralıq məhsulu A
93. Petidinin aralıq məhsulu V
94. Petidinin aralıq məhsulu S
95. Pimipodin
96. Proqeptazin
97. Properidin
98. Rasemetorfan
99. Rasemoramid
100. Rasemorfan
101. Remifentanil
102. Tiryək
103. Tebakon
Bu siyahıda göstərilmiş narkotik vasitələrin başqa adlarla, habelə onların bütün duzlarının və birləşmələrinin Azərbaycan Respublikasına idxalı həmçinin qadağandır.
II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr:
1. Amineptin
2. Amfetamin
3. Brolamfetamin DOB
4. DMA
5. DMQP
6. DMT
7. DOET
8. DET
9. Deksamfetamin
10. Dronabinol- Delta-9-tetrahidrokannabinol
11. Etisiklidin FSQ
12. Etriptamin
13. Fenetillin
14. Fenmetrazin
15. Fensiklidin (FSP)
16. Katinon
17. Lizerqid (LSD, LSD-25)
18. Levamfetamin
19. Levometamfetamin
20. MDMA
21. Meskalin
22. 4-metilamironeks
23. 4-MTA
24. Metkatinon
25. MMDA
26. Meklokvalon
27. Metamfetamin
28. Metamfetamin rasemat
29. Metakvalon
30. Metilfenidat
31. N-etil MDA
32. N-hidroksi MDA
33. Paraqeksil
34. PMA
35. Psilosin, Psilotsin
36. Psilosibin
37. Rolisiklidin, (FQP, FSPİ)
38. STP, DOM
39. Sekobarbital
40. Zipeprol
41. TMA
42. Tenamfetamin (MDA)
43. Tenoksiklidin (TSP)
44. Tetrahidrokannabinol izomeri
45. 2 S-B
Bu siyahıda göstərilmiş psixotrop maddələrin, başqa adlarla Azərbaycan Respublikasına idxalı həmçinin qadağandır.
II Siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr
I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr:
1. Alfentanil
2. Dihidrokodein
3. Etilmorfin
4. Fentanil
5. Kodein və duzları (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
6. Metadon
7. Morfin və duzları
8. Para-fluorofentanil
9. Piritramid
10. Properidin
11. Papaveratum (pantapon, omnopon)
12. Sufentanil
13. Tebain
14. Tilidin
15. Tiofentanil
16. Trimeperidin
Bu siyahıda göstərilmiş narkotik vasitələrin başqa adlarla, başqa tərkibdə və onların başqa birləşmələrinin Azərbaycan Respublikasına idxalı həmçinin məhdudlaşdırılır.
Bu siyahıda göstərilmiş narkotik vasitələr Azərbaycan Respublikasının ərazisinə yalnız dövlət orqanları tərəfindən gətirilir.
II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr:
1. Amobarbital
2. Buprenorfin
3. Butalbital
4. Katin (+) — Norpsevdoefedrin
5. Qlyutetimid
6. Pentazosin
7. Pentobarbital
8. Siklobarbital
Bu siyahıda göstərilmiş psixotrop maddələrin beynəlxalq adı göstərilmədən, başqa adlarla Azərbaycan Respublikasına idxalı həmçinin məhdudlaşdırılır.
Bu siyahıda göstərilmiş psixotrop maddələr Azərbaycan Respublikasının ərazisinə yalnız dövlət orqanları tərəfindən gətirilir.
III siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr:
1. Allobarbital
2. Alprozolam
3. Aminoreks
4. Amfepramon-Dietilpropion
5. Barbital
6. Benzfetamin
7. Bromazepam
8. Brotizolam
9. Butobarbital
10. Delorazepam
11. Diazepam
12. Estazolam
13. Etilamfetamin-N-etilamfetamin
14. Etil loflazepat
15. Etinamat
16. Etxlorvinol
17. Fendimetrazin
18. Fenkamfamin
19. Fenobarbital (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
20. Fenproporeks
21. Fentermin
22. Fludiazepam
23. Flurazepam
24. Flunitrazepam
25. Xlordiazepoksid
26. Kamazepam
27. Ketazolam
28. Kloksazolam
29. Klobazam
30. Klonazepam
31. Klorazepat
32. Klotiazepam
33. Qalazepam
34. Qaloksazolam
35. QOMK
36. Loprazolam
37. Lorazepam
38. Lormetazepam
39. Lefetamin (SPA)
40. Mazindol
41. Medazepam
42. Mezokarb
43. Meprobamat
44. Metilfenobarbital
45. Metiprilon
46. Mefenoreks
47. Midazolam
48. Nimetazepam
49. Nitrazepam
50. Nordazepam
51. Oksazepam
52. Oksazolam
53. Pemolin
54. Pinazepam
55. Pipradrol
56. Pirovaleron
57. Prazepam
58. Sekbutabarbital
59. Temazepam
60. Tetrazepam
61. Triazolam
62. Vinibital
63. Zolpidem
Bu siyahıda göstərilmiş psixotrop maddələrin beynəlxalq adı göstərilmədən, başqa adlarla Azərbaycan Respublikasına idxalı həmçinin qadağandır.
IV Siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar
Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar:
1. Antranil turşusu
2. Aseton
3. Erqotamin
4. Efedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
5. Etil efiri
6. Erqometrin
7. Fenilsirkə turşusu
8. Xlorid turşusu
9. İzosafrol
10. Kalium permanqanat
11. Lizergin turşusu
12. Metiletilketon (MEK)
13. Norefedrin
14. N-asetilantranilt turşusu
15. Piperonal
16. Psevdoefedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
17. Piperidin
18. Sirkə turşusunun anhidridi
19. Safrol
20. Sulfat turşusu
21. Toluol
22. 1-Fenil-2-propanon
23. 3,4-metilendioksifenil-2-propanon