Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləməni həyata keçirir, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (bundan sonra – təşkilatlar) və onların vəzifəli şəxslərinin, Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – vətəndaşlar) bu sahədə hüquqlarını, vəzifə və məsuliyyətlərini müəyyən edir.