Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
- ərizə-anket ;
- doğum haqqında şəhadətnamə;
- qan qrupu haqqında tibbi arayış;
- valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
- ərizə-anket ;
- şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
- şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
- yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
- 3 ədəd fotoşəkil (rəngli 3×4);
- dövlət rüsumunun ödənilməsi barədə qəbz;
- şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:
- Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda – hərbi xidmət başa çatanadək;
- Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
Dövlət rüsumu haqqında məlumat :
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
– on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat
– üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat
– bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 35 manat
Ümumvətəndaş pasportu
Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
– ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə anket;
– vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
– fərdi identifikasiya kartı verilənədək Azərbayсan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış;
– hərbi bilet ( 18 – 35 yaşınadək kişilər üçün);
– dövlət rüsumunun ödənilməsi barədə sənəd;
– pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqediji sənədlər;
18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
Pasport 18 yaşı tamam olmamış vətəndaşa verildikdə:
– qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının təqdim edildikdə bu sənəd tələb olunmur).
– valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
– təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
– təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
– qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
– bir yaşınadək uşaqlar üçün on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 10 (on) manat, beş iş günü məddətində 20 (iyirmi) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 40 (qırx) manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün 10 (on) iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 20 (iyirmi) manat, beş iş günü məddətində 40 (qırx) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 80 (səksən) manat dövlət rüsumu;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 30 (otuz) manat, beş iş günü məddətində 60 (altmış) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 (yüz iyirmi) manat.
2013-сü il sentyabrın 1-dək verilən ümumvətəndaş pasportları dəyişdirilərkən, vətəndaşın əl-barmaq izləri götürülür.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Sənədlərin qəbulu I – VI günlər saat 09:00-dan 18:00-dək, bazar günü isə saat 11:00-dan 17:00-dək fasiləsiz olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün regional mərkəzlərdə həyata keçirilir.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi