Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu
Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun təyinatı I. Bu Qanun Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir. II. Döyüş silahının istehsalı, satışı, əldə edilməsi, uçotu, saxlanılması, istifadə edilməsi, təmiri və məhvi qaydasını, habelə təlim və…