«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası təsdiq edilsin (əlavə olunur).
  2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 noyabr 2000-ci il

№ 419

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 2000-ci il, № 262).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2000-ci il, № 11, maddə 795).

9 yanvar 2004-cü il tarixli, 12 nömrəli; 16 avqust 2007-ci il tarixli, 617 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 21 avqust 2008-ci il tarixli, 815 nömrəli; 9 avqust 2010-cu il tarixli, 313 nömrəli; 7 sentyabr 2010-cu il tarixli, 322 nömrəli; 10 may 2011-ci il tarixli, 427 nömrəli; 1 may 2015-ci il tarixli, 508 nömrəli; 9 sentyabr 2015-ci il tarixli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə.

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 13 noyabr tarixli

419 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası

Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

  1. Azərbaycan Respublikasında «Qaçqın» statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona «Qaçqın» statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidmətivə onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi iləAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan «Qaçqın» statusu almaq niyyətində olan şəxs, beynəlxalq hüquq normalarına uyğun olaraq daxili işlər orqanları tərəfindən eyniləşdirmə və zərurət yarandıqda daktiloskopiya prosedurlarını keçir və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır. Belə şəxslər barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verilir.

Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, habelə Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini üç iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə göndərir.

«Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

Qeyd olunan sənədlərin olmaması «Qaçqın» statusu verilməsi barədə qəbul ediləcək qərara təsir etmir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər.

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, «qaçqın» statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.

  1. «Qaçqın» statusu almaq niyyətində olan şəxs vəsatətlə müraciət etdiyi dövlət orqanı tərəfindən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qayda ilə tanış edilməlidir.
  2. «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edənDövlət Miqrasiya Xidmətivəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibə edən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.

Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi — şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır.

Qaçqın statusu almış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.

  1. Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılmaqdan imtina edildikdə, bu barədə və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə onaDövlət Miqrasiya Xidmətivə ya onun yerli orqanları tərəfindən 5 gün müddətində yazılı bildiriş göndərilir.

İmtina haqqında məlumat eyni zamanda Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə, habelə Dövlət Sərhəd Xidmətinə göndərilir.

  1. Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinəDövlət Miqrasiya Xidmətitərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.

16 yaşına çatmamış ailə üzvləri haqqında məlumat valideynlərdən birinin, valideynlər olmadıqda isə himayəçinin və yaxud 18 yaşına çatmış, könüllü olaraq davranış tərbiyə və himayə məsuliyyətini üzərinə götürən qohumlardan birinin şəhadətnaməsinə qeyd olunur.

Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş «Qaçqın» statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də müvəqqəti şəhadətnamə verilir.

  1. «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxs və onunla gəlmiş ailə üzvləri səhiyyə və sanitar-epidemioloji nəzarət orqanlarının tələbi ilə haqqını ödəmədən məcburi tibbi baxışdan və zərurət yarandıqda sanitar təmizləmədən, müalicə-profilaktika müəssisələrində laboratoriya müayinəsindən və vaksinasiyadan keçməlidirlər.
  2. «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxsləDövlət Miqrasiya Xidmətininsəlahiyyətli əməkdaşları müsahibə aparır.

Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

  1. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
  2. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.
  3. «Qaçqın» statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir.
  4. «Qaçqın» statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.
  5. Dövlət Miqrasiya Xidməti«Qaçqın» statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərir.

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bir ay müddətində şəxsi işlə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Dövlət Miqrasiya Xidmətinə bildirir.

  1. Şəxsə «Qaçqın» statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarıDövlət Miqrasiya Xidməti«Qaçqın» statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu baradə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətinda yazılı bildiriş göndərir.
  2. Dövlət Miqrasiya Xidmətiqəbul olunmuş müvafiq qərarın surətini 5 gün müddətindən gec olmayaraq, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərir.
  3. «Qaçqın» statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə üzvlərinəDövlət Miqrasiya Xidmətitərəfindan «Qaçqın vəsiqəsi» və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüquqi verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Şəxsə «Qaçqın vəsiqəsi» veriləndə ona «Qaçqın» statusu verilməsi barədə vəsatətə baxılması haqqında müvəqqəti şəhadətnamə Dövlət Miqrasiya Xidməti tərəfindən geri alınır və «Qaçqın» statusu alanın şəxsi işinə daxil edilir.