Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəe
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Qərar № 41
Bakı şəhəri, 15 mart 1999-cu il
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
- «Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydaları» təsdiq edilsin (əlavə olunur).
- «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
- Müəyyən edilsin ki, sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik olduğu hal istisna olmaqla, onun dəyişdirilməsi üçün 5000 manat miqdarda haqq ödənilir.
- Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
- RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3 (21), maddə 197) («VneshExpertService» LLC).
2 iyun 2003-cü il tarixli, 73 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 1 noyabr 2006-cı il tarixli, 235 nömrəli; 8 fevral 2008-ci il tarixli, 35 nömrəli; 13 fevral 2008-ci il tarixli, 45 nömrəli; 4 sentyabr 2008-ci il tarixli, 202 nömrəli; 8 oktyabr 2008-ci il tarixli, 239 nömrəli;10 iyun 2009-cu il tarixli, 90 nömrəli; 20 avqust 2010-cu il tarixli, 155 nömrəli; 9 iyun 2011-ci il tarixli, 93 nömrəli; 24 yanvar 2012-ci il tarixli, 13 nömrəli; 11 may 2012-ci il tarixli, 115 nömrəli; 11 dekabr 2012-ci il tarixli, 288 nömrəli; 29 may 2013-cü il tarixli, 90 nömrəli; 12 iyul 2013-cü il tarixli, 179 nömrəli; 2 avqust 2013-cü il tarixli, 198nömrəli; 8 oktyabr 2013-cü il tarixli, 292 nömrəli; 19 noyabr 2013-cü il tarixli, 329 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və
onların ixtisasının artırılması kursları haqqında
Əsasnamə
- Ümumi müddəalar
1.1. Bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.
1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələri sürücülərinin (taksi minik avtomobilləri sürücüləri daxil olmaqla), habela beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması hissəsində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır.
1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. «A1», «A» və «B» kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
1.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin sürücüləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.
Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
- Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təşkili
2.1. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:
- a) «C» və «D» kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, «A» və «B» kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;
- b) «B», «C», «D», «BE», «CE» və «DE» kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.
«C» kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, «B» kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
«BE» kateqoriyası «B» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin, «CE» və ya «DE» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq «C» və ya «D» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
- c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
- «A1» kateqoriyası üzrə — 16 yaşdan;
- «A», «B» və «C» kateqoriyası üzrə — 18 yaşdan;
- «BE» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 19 yaşdan;
- tramvayları, trolleybusları, «CE» və «D» kateqoriyaları üzrə — 21 yaşdan;
- «DE» kateqoriyası üzrə — 24 yaşdan.
2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.
2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- a) «A», «B», «C» kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün:
- ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi;
- müəyyən edilmiş formada tibbi arayış;
- 3,5´4,5 sm ölçüdə üç ədəd fotoşəkil;
- təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);,
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);
- b) «B», «C» kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçün «a» bəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi,«D» və «DE» kateqoriyalarınaaid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur.
Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir.
2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10—30 nəfər olmalıdır.
Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.
2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.
2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin istehsal tarixi beş ildən artıq olmamalıdır və onun qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdə «Təlim» sözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur.
Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır.
2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.
2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).
III. Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və onların ixtisasının artırılmasına rəhbərlik
3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib hayata keçirir.
3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr:
- respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər;
- təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər;
- hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar;
- nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər;
- mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər;
- nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.
3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.
3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.
3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.
3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta ixtisas təhsilindən aşağı olmayan, müvafiq kateqoriyalı nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir.
3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.
3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.
- Tədris-maddi baza
4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.
Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.
Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.
4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.
- Buraxılış imtahanları
5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədilə əvvəlcə onlar tədris müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir. Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.
5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır.
5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.
Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.
5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). «3» məqbul hesab edilir.
İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.
5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.
5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).
Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir.
5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.
Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
1 nömrəli Əlavə
Tədris qrupunun qeydiyyata alınması barədə
sifarişin forması
Dövlət Yol Polisi İdarəsinin rəisi ______________________ xahiş edirəm «____» kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücüləri təlimi üzrə «____» №-li tədris qrupunu qeydiyyata alasınız.
______________________________________________________________________________ (tədris müəssisəsinin adı) Ünvan ____________________________ Telefon ____________ Dərslərin başlanması ________ Dərslərin qurtarması ________ Müəllimlər: 1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu və istismarı üzrə ______________ ______________________________________________________________________________ (adı, soyadı, atasının adı) Təhsili ____________________________ İxtisası ________________________________ 2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları üzrə ______________ ______________________________________________________________________________ (adı, soyadı, atasının adı) Təhsili ____________________________ İxtisası ________________________________ Sürücülük vəsiqəsi ___________________________________________________________ 3. Tibbi yardım göstərilməsi üzrə _____________________________________________ ______________________________________________________________________________ (adı, soyadı, atasının adı) Təhsili ____________________________ İxtisası _______________________________ İstehsalat təlimi ustaları (sürmə təlimatçıları) |
1. ___________________________________, | təhsili ______________________________ |
(adı, soyadı, atasının adı) |
İş stajı ____ il avtomobil nəqliyyatı vasitələri sürücüsü
Kateqoriya ______, təlim hüququ üzrə şəhadətnamə, Seriya ______, № ______, «____»__________________ 199__ il Müdavimlərin siyahısı |
Sıra №-si | Soyadı, adı, atasının adı | Doğulduğu gün, ay, il | Təhsili, sürücülük vəsiqəsi Seriya __________, №__________, kim tərəfindən verilib, verilmə tarixi, avtonəqliyyat vasitəsinin kateqoriyası* |
İş yeri | Yaşayış yeri |
1 | 2 | 3 | 4 | 5 | 6 |
Tədris müəssisəsinin rəhbəri | |
«____»__________________ 199__ il | ______________________________________
(imza) |
* 4-cü qrafada avtomobil nəqliyyatı vasitələri sürücüləri kimi hazırlanan şəxslərin təhsili göstərilir, sürücülərin ixtisasının artırılması halda isə sürücülük vəsiqəsinin məlumatları qeyd olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
2 nömrəli Əlavə
______________________________________________________________________________
(Nazirliyin, baş idarənin adı) Trenajorlarda və avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi uçotunun fərdi kitabçası Saxlanması və aparılması qaydaları 1. Kitabça müdavimə tədris müəssisəsinə qəbulu zamanı verilir və təlimin sonuna qədər onda saxlanılır. 2. Kitabçanı təqdim etmədən müdavim məşğələlərə buraxılmır. 3. Hər məşğələdə kitabça istehsalat təlimi ustasına təqdim olunur, o da öz növbəsində müvafiq qrafalarda faktiki təlim vaxtını və müdavimin qiymətini yazır, imza edir. 4. Müdavim kitabçasını qorumalı və səliqə ilə saxlamalıdır. ______________________________________________________________________________ (tədris müəssisəsinin adı) ______________________________________________________________________________ (müdavimin soyadı, adı, atasının adı) Tədris qrupunun №-si __________________ Təlimə başlanılıb «____»__________________ 199__ il Təlim qurtarıb «____»__________________ 199__ il İstehsalat təlimi ustası __________________ Avtotrenajor: markası ______________, tipi __________________ Təlim avtonəqliyyat vasitəsi: markası __________ Dövlət №__________ |
Tədris müəssisəsi rəhbərinin müavini | ________________________________
(imza) |
M.Y. «____»__________________ 199__ il
I. Avtotrenajorlarda və avtonəqliyyat vasitələrində sürmə təliminin uçotu |
Tarixi | Tapşırıqların №-si |
Proqram üzrə tapşırığın adı | Saatların miqdarı | Qiymət | İmzalar | ||
Proqram üzrə | Yerinə yetirilib | Usta | Müdavim | ||||
II. Texniki qulluq işlərinin yerinə yetirilməsinin uçotu |
Tarixi | Nəzarət baxışları, gündəlik texniki qulluq | Yerinə yetirilib, saatla | Qiymət | İmzalar | |
Usta | Müdavim | ||||
Cəmi sərf edilib ____________________ saat
III. Nəzarət yoxlamaları |
Tarixi | İradların qısa məzmunu | Qiymət | Yoxlayıcı şəxsin imzası |
Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat avtobusda, ____ saat avtoqatarda.
Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır. |
Tədris müəssisəsinin rəhbəri | _________________________________ M.Y.
(imza) |
«____»__________________ 199__ il
Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib. |
Tədris müəssisəsinin rəhbəri | _________________________________ M.Y.
(imza) |
«____»__________________ 199__ il
IV. Təlimə cəmi sərf edilib Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat avtobusda, ____ saat avtoqatarda. Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır. |
Tədris müəssisəsi rəhbərinin müavini | _________________________________ M.Y.
(imza) |
«____»__________________ 199__ il
Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib. |
Tədris müəssisəsi rəhbərinin müavini | _________________________________ M.Y.
(imza) |
«____»__________________ 199__ il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
3 nömrəli Əlavə
______________________________________________________________________________
(Nazirliyin, baş idarənin adı) ______________________________________________________________________________ (Tədris müəssisəsinin adı) Şəhadətnamə Seriya ____________________ №____________________ Verilir vətəndaş ______________________________________________ ondan ötrü ki, (soyadı, adı, atasının adı) O, «____»__________________ 199__ ildən «____»__________________ 199__ ilə qədər _____________________________________________________________________________ (tədris müəssisəsinin adı) təlim kursu keçib. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsinin metodikası üzrə ____ saat həcmində tam kursu bitirib. Müəyyən edilmiş məqbul və imtahanları vermişdir. M.Y. İmtahan komissiyasının qərarı ilə «____»__________________ 199__ il tarixli Vətəndaş ____________________________________________________________________ (familiyası, adı, atasının adı) avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması hüququ verilir. İmtahan komissiyasının sədri ______________________ (imza) Tədris müəssisəsinin rəhbəri ________________________ (imza) M.Y. Verilib «____»__________________ 199__ il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
4 nömrəli Əlavə
Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının
Siyahısı
- Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).
- Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).
- Yol hərəkəti qaydaları kabineti (sinfi).
- Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).
- Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.
- Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.
- Avtomobil trenajorları kabineti (sinfi).
- Təlim avtodromu.
Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.
Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər.
Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.
Fərdi avtomobil nəqliyyatı, «A1» və «A» kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının
Siyahısı
- Quruluş və texniki qulluq kabineti (sinif).
- Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).
- Avtotrenajorlar kabineti (sinif).
- Sürmə təlimi üçün meydança.
Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.
Avadanlığın təxmini
Siyahısı
- Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi)
Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:
1. | İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda) | — 2 ədəd |
2. | Ötürmələr qutusu (yığılmış halda) | — 2 ədəd |
3. | Bölüşdürücü qutu (yığılmış halda) | — 2 ədəd |
4. | Qabaq aparan körpülər və arxa körpülər | — 2 ədəd |
5. | Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda) | — 1 ədəd |
6. | Bucurğad (yığılmış halda) | — 1 ədəd |
7. | Çarxqolu-sürgüqolu mexanizminin hissələri | — 2 kom. |
8. | Qazpaylama mexanizmin hissələri | — 2 kom. |
9. | Soyutma sisteminin cihazları | — 2 kom. |
10. | Yağlama sisteminin cihazları | — 2 kom. |
11. | Qida sisteminin cihazları | — 2 kom. |
12. | Alışdırma sisteminin cihazları | — 2 kom. |
13. | Akkumulyatorlar batareyaları | — 2 ədəd |
14. | Generator və rele-nizamlayıcılar | — 2 kom. |
15. | Starterlər | — 2 ədəd |
16. | İşıq və səs siqnalizasiyasının cihazları | — 1 kom. |
17. | Tormoz sistemlərinin qovşaqları və cihazları | — 2 kom. |
18. | İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları | — 1 kom. |
19. | Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları | — 1 kom. |
Nümayiş stendləri
- Mühərrikin iş sikli
- Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri
- Qida, soyutma, yağlama sistemləri
- Qazbalonlu qurğulu mühərrikin qida sistemi
- Elektrik avadanlığı
- Sükanlı idarəetmə
- Tormoz sistemləri
Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.
Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
- proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
- kinoproyektor, diaproyektor, ekran;
- avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.
- Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi)
- Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.
- Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.
- Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.
- Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.
- Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.
- Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.
- Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.
- «Sürücülərin əmək haqlarının vahid tarif stavkası», «Yanacaq-sürtkü materiallarının məsrəf normaları», «Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər» (plakatlar).
- Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.
- Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
- proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
- kinoproyektor, diaproyektor, ekran;
- avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.
III. Yol hərəkəti qaydaları kabineti (sinfi)
- Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.
- Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).
- Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.
- Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).
- Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.
- Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.
- Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.
- Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.
- Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.
- Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.
- Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.
- Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
- proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
- kinoproyektor, diaproyektor, ekran;
- yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər.
- Hərəkət təhlükəsizliyinin əsasları və ilk tibbi yardım kabineti (sinfi)
- Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.
- Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.
- Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.
- Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.
- Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.
- Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
- sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar;
- proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
- kinoproyektor, diaproyektor, ekran;
- hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər.
- Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya
Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:
1. | İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda | — 8 ədəd |
2. | Ötürmələr qutusu | — 2 ədəd |
3. | Bölüşdürücü qutu | — 2 ədəd |
4. | Qabaq aparan körpülər | — 2 ədəd |
5. | Arxa (orta) körpülər | — 2 ədəd |
6. | Qida sisteminin cihazları | — 8 kom. |
7. | Alışdırma sisteminin cihazları | — 4 kom. |
8. | İşıqlandırma və siqnalizasiya cihazları | — 4 kom. |
9. | Generator və rele-nizamlayıcılar | — 4 kom. |
10. | Starterlər | — 4 ədəd |
11. | Kardan ötürmələri yığılmış halda | — 2 kom. |
12. | Amortizatorlar | — 4 ədəd |
13. | Hidravlikləndirici sükanlı idarəedicilər, sükan mexanizmi | — 4 kom. |
14. | Hidravlik və pnevmatik intiqallı tormoz sistemləri | — 4 kom. |
15. | Sökmə-yığma işlərini aparmaq üçün alətlər, tərtibatlar və çıxarıcılar | — 8 kom. |
16. | İşçi stolları (çilingər dəzgahları) | — 8 ədəd |
17. | Tədris sənədləri | |
18. | Tibbi aptekçə | |
19. | Yanğın əleyhinə vasitələr |
- Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya
1. | Öyrənilən komplektləşdirilmiş əsas avtomobillər (avtobuslar, qoşqular) | — 8 ədəd |
2. | İsti nizamlanma aparmaq üçün öyrənilən əsas mühərriklər (altlıqlar üzərində) | — 8 ədəd |
3. | Nizamlanma rəqəmlərini, texniki qulluqların növləri üzrə yerinə yetirilən işlərin siyahısını göstərən cədvəllərin şitləri | — 2 ədəd |
4. | Öyrənilən avtomobillərin (avtobusların, qoşquların) yağlama xəritələri | — 4 ədəd |
5. | Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün istismar materialları dəsti | |
6. | Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün açarlar, tərtibatlar və cihazlar dəsti. O cümlədən: | |
|
— 4 kom. | |
|
— 4 kom. | |
|
— 4 ədəd | |
|
— 4 kom. | |
|
— 2 ədəd | |
|
— 2 ədəd | |
|
— 4 ədəd | |
|
— 4 ədəd | |
|
— 2 ədəd | |
|
— 2 ədəd | |
|
— 2 ədəd | |
|
— 8 kom. | |
7. | İşçi stolları (çilingər dəzgahları) | — 8 ədəd |
8. | Tədris sənədləri | |
9. | Tibbi aptekçə | |
10. | Yanğın əleyhinə vasitələr |
VII. Avtotrenajorlar kabineti (sinfi)
1. | Öyrənilən marka avtomobillərin trenajorları | — 8 ədəd |
2. | Komandanın verilməsi və müdavimlərin hərəkətinə nəzarət pultu | — 1 ədəd |
3. | Kinoproyektor (diaproyektor) ekranla birlikdə | — 1 ədəd |
VIII. Təlim avtodromu (sürmə təlimi üçün meydança)
Təlim avtodromu avtomobil nəqliyyatı vasitələrinin sürülməsi üzrə tədris proqramının tələbinə uyğun avadanlıqlaşdırılır.
Təlim avtodromunun əsas elementləri:
- sürmə təliminin ilkin tapşırıqlarının yerinə yetirilməsi üçün meydança və dairəvi marşrut;
- qabarit tunelləri, darvazalar, səggizvari, ziqzaqvari keçidlər;
- dəmiryol platformaları və keçidləri;
- estakadalar;
- təpə və yamaclar;
- yol nişanları, svetoforlar, hərəkət hissəsinin nişanlanması, istiqamətlər (oriyentir).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
5 nömrəli Əlavə
______________________________________________________________________________
(Nazirliyin, baş idarənin adı) Buraxılış üzrə imtahan komissiyasının Komissiyanın sədri __________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı) Komissiyanın üzvləri ________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı) ______________________________________________________________________________ ______________________________________________________________________________ _________________________________________________________ təlim proqramı üzrə ___________________________________________________________________ bitirmiş (tədris müəssisəsinin adı) __________ nömrəli tədris qrupunda «____»__________________ 199__ il tarixdə imtahan keçirildi. Tədris qrupunun sinif rəhbəri __________________ |
Sırı №-si | Müdavimin familiyası, adı, atasının adı | Fənlər üzrə imtahan komissiyasının qiymətləri | |||
Komissiyanın sədri __________________
(imza) Komissiyanın üzvləri __________________ (imza) Tədris müəssisəsinin rəhbəri __________________ (imza) M.Y. Qeydlər: 1. Protokol 2 nüsxədə tərtib edilir, onlardan biri tədris hissəsində, digəri isə tədris müəssisəsinin mühasibatında saxlanılır. 2. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır, tədris müəssisəsinin rəhbərinin imzası ilə təsdiq edilir. 3. Protokolda düzəlişlərə yol verilmir. 4. Protokol ciddi hesabat sənədi kimi saxlanılır. |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
6 nömrəli Əlavə
Təsdiq edirəm:
Daxili İşlər Nazirliyinin
Dövlət Yol Polisi İdarəsinin rəisi
______________________
______________________________________________________________________________
(Nazirliyin, baş idarənin adı) ______________________________________________________________________________ (təhsil müəssisəsinin adı) Şəhadətnamə № ______ Seriya ______________________ Verilir vətəndaş ____________________________________________________________ (soyadı, adı və atasının adı) Ondan ötrü ki, o, «____»__________________ 199__ ildən «____»__________________ 199__ ilə qədər __________________ proqramı üzrə təhsil almış və «____»__________________ 199__ il tarixli, ____ №-li Protokola əsasən buraxılış imtahanlarında aşağıdakı qiymətləri almışdır («kafi», «yaxşı», «əla») Quruluş və texniki qulluq _____________________________________________________ Yol hərəkəti qaydaları, hərəkət təhlükəsizliyinin əsasları və ilk tibbi yardım ______________________________________________________________________________ Təcrübi sürmə təlimi __________________ (imza) İmtahan komissiyasının sədri __________________ (imza) Tədris müəssisəsinin rəhbəri __________________ (imza) M.Y. ____ №-li __________________ seriyalı sürücülük vəsiqəsi (ixtisas artırıldıqda) «____»__________________ 199__ ildə verilib |
M.Y. | ____________________________________
(imza) |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması
Qaydaları
- Ümumi müddəalar
1.1. Bu Qaydalar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.
1.2. İşi, fəaliyyəti, təhsili, sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən Azərbaycan Respublikası vətəndaşları yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara, müstəqil hazırlaşa bilərlər.
1.3. Müstəqil hazırlaşmış şəxslər «A1», «A» və ya «B» kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.
1.4. Müstəqil hazırlaşmış şəxslərdən imtahanların qəbulu və onlara sürücülük vəsiqələrinin verilməsi «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında» Əsasnamənin (sonra mətndə «Əsasnamə») tələblərinə uyğun həyata keçirilir.
- Müstəqil hazırlıq keçmək istəyən şəxslərin qeydiyyata alınması
2.1. İşi, fəaliyyəti, təhsili və sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən şəxslər DİN DYP İdarəsinə ərizə ilə müraciət edirlər.
2.2. DYP vəzifəli şəxsi müstəqil hazırlaşmaq istəyən vətəndaşın orta ixtisas və ali təhsil haqqında sənədi və onun nəqliyyat vasitəsini idarə etməyə yararlılığı barədə tibbi arayışı əsasında ərizəçini qeydiyyata alır.
2.3. Ərizə qeydiyyata alındıqdan sonra DYP vəzifəli şəxsi vətəndaşa imtahanların qəbulu vaxtını təyin edir.
- Müstəqil hazırlaşmış şəxslərdən imtahanların qəbulu
3.1. Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
- onun DYP İdarəsində qeydiyyata götürülməsi barədə ərizə;
- müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlığı barədə tibbi arayış;
- orta ixtisas və ali təhsili haqqında sənəd;
- imtahan və sürücülük vəsiqəsi verilməsi üçün rüsumun və haqqınödənilməsi barədə qəbzləri;
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
3.2. İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkətinin qaydaları üzrə əvvəlcə nəzəri, sonra isə nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
3.3. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmırlar.
3.4. Sürücülük vəsiqəsi yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, qeydiyyat imtahan məntəqələri tərəfindən bir gün ərzində verilir.
- Yekun müddəalar
4.1. Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.
4.2. İmtahanların birindən qeyri-məqbul qiymət alan şəxs tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahanlara buraxılırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamə
- Ümumi müddəalar
1.1. Bu Əsasnamə nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi, onların uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.
1.2. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu (sonra mətndə — «Qanun») ilə müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
1.3. Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
1) «A1» — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
2) «A» — bütün növ motosikletləri idarə etmək üçün;
3) «B» — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
- «A» kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
- qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan «B» kateqoriyasından olan avtomobilləri;
- qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan «B» kateqoriyasından olan avtomobilləri;
4) «C» — «D» kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan «C» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) «D» — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan «D» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) «BE» — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan «B» kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan «B» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) «CE» — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan «C» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) «DE» — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan «D» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) «Tramvay» — tramvayları idarə etmək üçün;
10) «Trolleybus» — trolleybusları idarə etmək üçün;
1.4. «B», «C» və ya «D» kateqoriyalarına aid nəqliyyat vasitələrinin sürücülərinə, bu dərəcəyə aid olan nəqliyyat vasitələrini, eləcə də tam kütləsi 3500 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir. Tam kütləsi 3500 kq-dan artıq qoşqusu olan «B», «C» və ya «D» kateqoriyasına aid nəqliyyat vasitələrini və qoşqulu avtobusları idarə etmək üçün sürücünün sürücülük vəsiqəsində «E» kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır.
1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ — 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və «A1» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 16 yaşdan;
3) «A», «B» və «C» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 18 yaşdan;
4) «BE» — kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 19 yaşdan;
5) tramvayları, trolleybusları, «CE» və «D» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 21 yaşdan;
6) «DE» – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ — 24 yaşdan.
1.6. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
Əvvəlcə nəzəri, sonra isə təcrübi imtahanlar aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Əsasnaməyə 3 və 4 nömrəli əlavələrə uyğun aparılır.
Qeyd: Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də «A», «C» və «BC» kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən cəlb olunmuş çağırışçılar, kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşı çatmamış şəxslərə sürücülük vəsiqəsi verilir və «xüsusi qeydlər» qrafasında «18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər» qeydi aparılır.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətininmüddətli hərbi xidmət aparan hərbçiləri «CE», «D» və «DE» kateqoriyalısürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq, 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.
1.7. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.
- DYP-də imtahanlara və nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları
2.1. İmtahanların qəbulu və «A1», «A», «B», «C», «D», «BE», «CE» və «DE» kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi (sonra mətndə — «QİM») tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
2.2. «C», «D», «BE», «CE» və «DE» kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, «tramvay» və «trolleybusun» idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi (sonra mətndə — «DYPİ») ilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3. Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisiİdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır.
2.4. Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu qeydiyyata alınmalıdır. Qeydiyyat—imtahan məntəqəsinə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-nə göndərilməlidir.
2.5. Bu kurslara qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar.
2.7. Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi DYPİ-si rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər.
Qeyd: Ekstremal hallarda (təbii fəlakət, yanğın, ərazinin işğalı) müvəqqəti məskunlaşdığı ərazilər üzrə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, DİN-nin və Dövlət Sərhəd Xidmətinin müddətli xidmət aparan hərbçiləri isə sürücülük vəsiqələri almaq üçün hərbi hissələrin yerləşdikləri ərazi üzrə yerləşən QİM-də imtahana buraxılırlar.
2.8. «A1», «A», «B», «C», «D», «BE», «CE» və «DE» kateqoriyalarınaaid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri, QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.
2.9. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi tədris müəssisələrini bitirmiş şəxslərə, «A1», «A», «B», «C» kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün, istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra sürücülük vəsiqələri verilir.
Avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
- orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
- ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.
2.10. İmtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız «A1», «A» və ya «B» kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxılırlar. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
2.11. «BE» kateqoriyası «B» kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, «CE» və ya «DE» kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq «C» və ya «D» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər müvafiq hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.
«D» kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, «B» və ya «BE»,«C» və ya «CE» kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar.
«B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər, tədris müəssisəsində müəyyən edilmiş proqramla yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra «C», «D» və ya «BE» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
«C» ya da «D» kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan sürücülər «B» və ya «A» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq kurs keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
«D» və «DE» kateqoriyaları üzrə təcrübi imtahan, tədris müəssisələri tərəfindən ayrılmış avtobuslar və qoşqulu nəqliyyat vasitələrində qəbul edilir.
2.12. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.
2.13. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
- nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
- nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
- Sürücülük vəsiqəsi, imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi
3.1. Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.
3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
- motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün.
3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
- 60 yaşına çatmamış şəxslər üçün — 10 il;
- 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
- 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
3.4. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində («Permis de conduire»), vəsiqədə göstərilən məlumatların adı isə Azərbaycan və ingilis dillərində yazılır.
3.5. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumalıdır.
3.6. Bütün kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün nəzəri və təcrübi imtahanlar, QİM-nin imtahan komissiyaları tərəfindən qəbul edilir.
3.7. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
- Sədr — qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
- Üzvlər — tədris avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
3.8. İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
- avtomobil ixtisası üzrə ali və ya orta ixtisas texniki təhsili;
- imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
3.9. Sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları QİM məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər. İmtahan tədris müəssisələrinin məzunlarından imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.
3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
3.9-2. Sənədlər «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün «Elektron növbə» idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.
3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);
3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd: Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Respublika ərazisində müvəqqəti yaşayan xarici vətəndaşların malik olduğu etibarlılıq müddəti keçməyən milli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər.
3.11. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmırlar.
3.12. Bu Əsasnamənin 2.10 bəndinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gündən tez olmayaraq qəbul oluna bilər. İki dəfə nəzəri və ya təcrübi imtahandan qeyri-məqbul qiymət almış, imtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahana buraxılırlar.
3.13. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi, imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Əsasnamənin 1 və 2 nömrəli əlavələrinə uyğun formada protokolla sənədləşdirilir.
3.14. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.
3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən 30 dəqiqə ərzində verilir.
3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
3.15-1.1. etibarlılıq müddətinin qurtarması;
3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
3.15-1.4. yararsız hala düşməsi;
3.15-1.5. itirilməsi;
3.15-1.6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.15-3.4. bu Əsasnamənin 3.3-cü bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış.
3.15-4. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
3.16. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar bu Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsdiq etdiyi müvafiq təlimatlarla tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
1 nömrəli əlavə
Dövlət Yol Polisinin imtahan komissiyasının Protokolu № ____________ «____»__________________ 199__ il Komissiyanın heyəti: sədr: ______________________________ müavinləri ________________________ ___________________________________ |
Sıra №-si | İmtahan verənin soyadı, adı, atasının adı | Doğulduğu il və yeri | Kateqoriya | Təhsil müəssisəsi | İmtahanların nəticələri | |||
nəzəri | təcrübi | |||||||
birinci, yaxud təkrar | verib-verməyib | birinci, yaxud təkrar | verib-verməyib | |||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
Sədr: ________________________________ | Üzvləri: _____________________________
______________________________________ |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
2 nömrəli əlavə
Dövlət Yol Polisinin imtahan komissiyasının Protokolu № ____________ tarix, saat ______________ Komissiyanın heyəti: Sədr ______________________________ Üzvləri ___________________________ ___________________________________ |
№ | İmtahan verənin soyadı, adı, atasının adı | Doğulduğu il və yeri | Təhsil müəssisəsi | ABCD | № b | № a | İmtahanların nəticəsi | Sualların nömrələri | |
nəzəri | təcrübi | ||||||||
Komissiyanın heyəti | |
Sədr: ________________________________ | Üzvləri: _____________________________
______________________________________ |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
3 nömrəli əlavə
Nəzəri imtahanın keçirilmə
Metodikası*
- İmtahanın keçirilmə formaları
1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir.
1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.
- İmtahanın məzmunu
2.1. Nəzəri imtahan aparılarkən sürücülüyə namizədin biliyi və fənni necə başa düşməsi müəyyən edilir:
- qanunçuluğu, o cümlədən xüsusi diqqət yetirməklə nəqliyyat vasitələrindən istifadə edilməsi barədə əsasnaməni və yol hərəkət qaydalarının pozulmasına görə inzibati məsuliyyəti;
- yol hərəkətinə, yol nişanlarına və siqnallarına, yolların nişanlanmasına və nişanların mənalarına aid qayda və tələbləri;
- hərəkət vaxtı nəqliyyat vasitələrinin təhlükəsizliyinə aid texniki tələbləri;
- iş gününün uzunluğu və istirahət vaxtları da daxil olmaqla yol hərəkətinin təhlükəsizliyinə dair bilavasitə sürücüyə aid olan qaydaları;
- yol-nəqliyyat hadisələri baş verdikdə sürücülərin düzgün davranışına aid qaydaları;
- yol-nəqliyyat hadisəsini törətdikdə sürücünün mülki və cinayət məsuliyyəti;
- yol-nəqliyyat hadisələrinin baş verməsinə imkan yaradan amilləri;
- yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin elementlərini;
- yol-nəqliyyat hadisələri nəticəsində zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını;
- nəqliyyat vasitələrindən ətraf mühitə yayılan zərərli maddələrin normadan artıq olmasına imkan verməyən nəzarət-nizamlama işləri və idarəetmə üsullarını.
2.2. İmtahan sualları, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq arzusunda olan şəxslərdən, yol hərəkəti qaydaları haqqında imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuşdur.
İmtahan sualları yol-hərəkət qaydalarının bütün fəsillərini, hərəkətin təhlükəsizliyi tələblərini və tibbi hazırlığı əhatə edir.
Hər bir namizədə 10 sual verilir. Öz növbəsində hər bir sualın 2-dən 5-dək cavabı vardır ki, onlardan yalnız biri tam və düzgündür.
2.3. Yol hərəkəti qaydalarına, digər sənədlərə əlavələr və dəyişikliklər edilərsə və yaxud suallar cavablara uyğun gəlmədikdə, belə suallarimtahan üçün yararsız sayılır.
İmtahanlar, yalnız qüvvədə olan normativ sənədlərə tam cavab verən qaydada hazırlanmış suallara əsasən aparılır.
2.4. İmtahanların nəticələri bu metodikaya əlavədə göstərilən formada xüsusi imtahan vərəqəsində qeyd olunur.
- Nəzəri imtahanın keçirilməsi
3.1. Otağın sahəsindən və orada olan avadanlıqdan, eləcə də imtahan verənlərin davranışına nəzarət etməyin mümkünlüyü ilə əlaqədar olaraq, imtahan eyni zamanda bir neçə şəxsdən qəbul edilir.
İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir.
3.2. İmtahan aparatı və imtahan vərəqi ilə rəftarla bağlı izahat apardıqdan sonra imtahan verən şəxsə bilet götürülməsi təklif edilir. İmtahan vaxtı 15 dəqiqə müəyyənləşdirilir.
İmtahan verən hər bir sualı diqqətlə oxumalı və təklif edilmiş variantlardan ən tam və düzgün bir cavab seçməlidir.
Bütün dərəcələrdən olan avtonəqliyyat vasitələrinin, eləcə də tramvay və trolleybus sürücülərinə cavab üçün 10 sual təklif edilir.
3.3. Bütün suallara cavab verdikdən sonra imtahan verən şəxs, imtahan vərəqəsini qəbul edən QİM əməkdaşına təhvil verir.
İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyalarıvasitəsilə müəyyən edilir.
İmtahan verən şəxsə məqbul qiymət o halda verilir ki, ona təklif olunmuş 10 sualdan 9-na düzgün cavab vermiş olsun.
Təklif edilmiş suallara 15 dəqiqə ərzində cavab verə bilməyən və yaxud 2 səhv edən şəxs imtahanı verməmiş hesab edilir.
3.4. İmtahan keçirilməzdən əvvəl QİM-in əməkdaşı imtahan verilmə qaydaları və bu işlə əlaqədar imtahan verən şəxsə izahat verməlidir.
Nəzəri imtahanın keçirilməsi
metodikasına əlavə
Yol hərəkəti qaydalarına aid imtahan vərəqəsi
Sürmə təlimindən imtahan qeydləri | A1 | A | B | C | D | BE | CE | DE | Troll. | Tramv. | YHQ-dan imtahan qeydləri |
Soyadı | |||||||||||
Adı | |||||||||||
Atasının adı | |||||||||||
Doğulduğu vaxt və yer | |||||||||||
Yaşadığı yer | |||||||||||
Həkim müayinəsindən keçmişdir | |||||||||||
İmtahan verənin imzası | |||||||||||
İmtahanın səbəbi
(lazım olanın altından xətt çəkməli) İlk sürücülük vəsiqəsinin alınması, sürücülük hüququndan məhrum etmə müddətinin bitməsi. Dövlət avtomobil müfəttişi _________________________________________________ |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
4 nömrəli əlavə
Təcrübi imtahanın keçirilmə
Metodikası*
- Nəqliyyat vasitəsi və onun avadanlığı
1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun dərəcəli nəqliyyat vasitəsində qəbul edilir:
1.1.1. «B» — minik avtomobillərində;
1.1.2. «BE» — qoşqulu minik avtomobillərində;
1.1.3. «C» — yük avtomobillərində;
1.1.4. «CE» — qoşqulu yük avtomobillərində;
1.1.5. «D» — avtobuslarda;
1.1.6. «DE» — qoşqulu avtobuslarda.
1.2. Təcrübi imtahan qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə təchiz edilməlidir.
1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə edilməlidir.
- Avtomobildə imtahan qəbul edilməsinin təşkili
2.1. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə — birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir:
2.1.1. avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar nəqliyyat vasitələrinin hərəkətlərindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.
İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərinin yerinə yetirilməsi bacarığı və vərdişi yoxlanılır;
2.1.2. «B», «C», «D» təcrübi nəqliyyat vasitələrində, birinci mərhələdə imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:
2.1.2.1. yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq);
2.1.2.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;
2.1.2.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).
Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir;
2.1.3. daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:
2.1.3.1. minik avtomobilləri üçün «hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi»nin və «avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks»un elementləri, 1,2 m hündürlüyündə, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və boz-yaşıl rəngli dayaqlarla təchiz edilir.
Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.
Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;
2.1.3.2. bütün tipli avtomobillər üçün nəzərdə tutulmuş «Yoxuşlu sahə» elementi, kifayət qədər davamlığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər;
2.1.4. vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın və ya avtodromun hərəkət sxemi tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.
2.2. Sınaq marşrutunda hərəkətin sıx olduğu şəraitdə:
2.2.1. aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda mütləq yoxlanılması aparılmalıdır:
2.2.1.1. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 4 nömrəli əlavəsində verilən üstünlük nişanlarından 2.4 «Yol verin», yaxud 2.5 «Dayanmadan keçmək qadağandır» nişanında yol ayrıcından keçmək;
2.2.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;
2.2.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;
2.2.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;
2.2.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;
2.2.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.
2.2.2. QİM-i üçün sınaq marşrutlarının sayı, xidmət edilənəhalinin sayı, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.
Marşrutların sayının əhalinin sayı 500000 və daha çox olan şəhərlərdən 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması məsləhət görülür.
Qeyd: «BE», «CE» və «DE» kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.
2.2.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1—2.2.1.6 bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4 km-ə qədər olması məsləhət görülür.
2.2.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200´ 300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
İmtahan verənləri vaxtlı-vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanın bir yerdən başlayaraq həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).
Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.
Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
2.2.5. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış edir.
2.3. Sürücülüyə namizədin müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsini idarə etmək bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.
2.4. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçirilir.
Bu halda imtahanı qəbul edən imtahan avtomobilində, yaxud ondan kənarda olur və yaxud da bağlı meydançanın ölçülərindən və onlarda olan nəzarət texniki vasitələrindən asılı olaraq müəyyən edilir.
- İmtahanın məzmunu
Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:
3.1. Avtodromda:
3.1.1. yoxuşda yerindən tərpənmə — avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli (bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir);
3.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə (ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü isə salmaqla birdəfədən geri gönmə).
Geriyə verilərkən avtomobil elə dayanmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun.
Bu element yerinə yetirilərkən boksdan olan minimal məsafə imtahan—avtomobilinin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.
3.2. Sınaq marşrutunda:
3.2.1. hərəkətin başlanılması:
3.2.1.1. hərəkətin başlanılmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;
3.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;
3.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;
3.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;
3.2.1.6. düzünə hərəkət;
3.2.1.7. yolun hərəkət hissəsində düzgün yerləşmə;
3.2.2. lazımi hərəkət sürətinə riayət olunması:
3.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;
3.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:
3.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;
3.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədənümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;
3.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;
3.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;
3.2.4. nizamlanan yol ayrıcından keçilməsi:
3.2.4.1. yol ayrıcısına yaxınlaşarkən yol şəraitinə qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;
3.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;
3.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;
3.2.5. nizamlanmayan yol ayırıcısını keçmək:
3.2.5.1. yol ayırıcısına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələrini nəzərə almaqla qiymət verilməsi;
3.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;
3.2.5.3. yol ayrıcısına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidin keçilməsi;
3.2.6. dönmənin (geriyə dönmənin) icrası:
3.2.6.1. döngəyə düzgün daxil olunması;
3.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.
3.2.7. ötmə:
3.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətlərdirilməsi;
3.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;
3.2.7.3. konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi;
3.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarması trayektoriyası;
3.2.8. dayanma:
3.2.8.1. xəbərdarlıq siqnalının vaxtında verilməsi və düzgün yerdəyişmə;
3.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;
3.2.8.3. yolun hərəkət hissəsində (kənarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.
- Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi
4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.
4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinə qarışmağa vadar edərsə, o, «qeyri-məqbul» qiyməti alır.
- Motosikletdə imtahan qəbul etmənin təşkili və tələbləri
5.1. Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə, motorollerdə yoxlanılır.
5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada aparılır.
5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyə bacarmalıdır:
5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;
5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;
5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası («qabarit dairə», «ilanvari», «səkkizvari»).
5.4. Əgər imtahan verən şəxs «dairə», yaxud «ilanvari», yaxud da «səkkizvari» hərəkəti yerinə yetirə bilmirsə, imtahan dayandırılır.
5.5. «Qeyri-məqbul» qiymət üçün iki səhv və aşağıdakıların olması kifayətdir:
5.5.1. «Dairə» və ya «İlanvari» və yaxud «Səkkizvari» hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunması;
5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.
sonra mətndə — «metodika»