Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 


Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında vətəndaşlıq məsələlərinə baxılmasını və onların həlli qaydalarını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 avqust 1999-cu il

№ 189

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1999-cu il, № 9, maddə 539).

13 fevral 2006-cı il tarixli, 365 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 5 avqust 2008-ci il tarixli, 805 nömrəli; 20 iyul 2009-cu il tarixli, 129 nömrəli; 7 sentyabr 2010-cu il tarixli, 322 nömrəli; 5 iyun 2015-ci il tarixli Fərmanlara əsasən dəyişikliklər və ələvələrlə.

Azərbaycan Respublikası Prezidentinin

1999-cu il 30 avqust tarixli

189 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir.

Azərbaycan Respublikasının

vətəndaşlığı məsələlərinə baxılması və

onların həlli qaydaları haqqında

Əsasnamə

  1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.
  2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümünəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan RespublikasıDövlət Miqrasiya Xidmətinəmüraciət edir. (Bundan sonra Əsasnamədə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi əvəzinə uyğun olaraq DİN, MTN və XİN yazılacaq).

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin surəti;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);
  • «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün — onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır.

  1. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlığa xitam verilməsi barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edənDövlət Miqrasiya Xidmətitəqdim olunmuş sənədləri rəy verilmək üçünMilli Təhlükəsizlik Nazirliyinəvə Daxili İşlər Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.
  2. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikası Prezidenti tərəfindən şəxsən Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

4-1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasına sadiq olacağı barədə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və məzmunda Azərbaycan Respublikasının dövlət dilində and içir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.

  1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa edilməsi barədə vəsatətiMilli Təhlükəsizlik Nazirliyindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərləbirlikdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlığına xitam verilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyitərəfindən yazılı məlumat verilir.
  2. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

  1. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunur.
  2. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan və 1999-cu il sentyabrın 30-dək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün ərizə ilə müraciət etmiş şəxslərə bu Əsasnamənin 2-7-ci bəndlərində nəzərdə tutulmuş vətəndaşlığa qəbul edilmə qaydaları şamil edilmir. Həmin şəxslər ərizə iləDaxili İşlər Nazirliyinəmüraciət edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • yaşayış yerindən arayış;
  • şəxsin vətəndaşsızlığını təsdiq edən sənəd.

Ərizə ilə müraciət etmiş şəxslərə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilir.

  1. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.
  2. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
  • 4 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
  • Ailə tərkibi haqqında arayış;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə bu sənəd tələb olunmur);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.
  1. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslərDövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.
  2. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və Konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyinəgöndərilir.
  3. Dövlət Miqrasiya Xidmətivə ya Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinəgöndərir, Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinəgöndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin İcra Aparatına göndərir. Bu Əsasnamənin 5-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər aşkar edildikdə, Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında şəxsin vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.
  4. Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valedeynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  5. Əcnəbi uşağı övladlığa götürən və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşı, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  6. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və ya himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlaya bilər.
  7. Bu Əsasnamənin 14—16-cı bəndlərində nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir və ona aşağıdakı sənədlər əlavə edilir:
  • valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;
  • övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14—18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;
  • uşağın 3×4 ölçüdə 4 ədəd fotoşəkli.
  • uşağın doğum haqqında şəhadətnaməsi.

Həmin müraciətə bu Əsasnamənin 11—13-cü bəndlərində nəzərdə tutulan qaydada baxılır.

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.
  2. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketləDövlət Miqrasiya Xidmətinəvə ya Xarici İşlər Nazirliyinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

  • 3×4 ölçüdə 4 ədəd fotoşəkil;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərinsiyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.
  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlarDövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi iləXarici İşlər Nazirliyinə təqdim edirlər.
  2. Dövlət Miqrasiya Xidmətivə ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.

Bu Əsasnamənin 6-cı bəndində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.

  1. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.
  2. Bu hallarda ərizə-anketəbu Əsasnamənin 17-ci bəndində nəzərdə tutulmuş sənədlər əlavə edilir və ərizə-anketəbu Əsasnamənin 11-13-cü bəndlərində nəzərdə tutulmuş qaydada baxılır.
  3. Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışdırsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
  4. Əsasnamənin 24-cü bəndində sadalanan hallar müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə toplanmış sənədlər rəylə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir.
  5. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindənDövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinəgöndərilir. Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.
  6. Vətəndaşlıq məsələləri ilə əlaqədar bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.
  7. Savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.
  8. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.
  9. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
  10. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.
  11. Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Əlavə 1

Azərbaycan Respublikasının Prezidentinə
Ərizə-Anket

şəkil uçun yer

Xahiş edirəm, məni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edəsiniz.

Suallar Cavablar
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, səbəbləri göstərilməklə əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)
2. Doğulduğunuz gün, ay, il
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)
4. Milliyyətiniz
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)
6. Vətəndaşlıq mənsubiyyətiniz
7. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşlığında olmusunuz, hansı yolla qəbul edilmisiniz və niyə çıxmısınız)
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz
9. Azərbaycan Respublikasına gəlişinizin səbəblərini göstərin
10. Əvvəllər Azərbaycan Respublikasında olmusunuzmu, məhz nə vaxt (Azərbaycan Respublikasına gəlişinizin və Azərbaycan Respublikasından gedişinizin tarixi, məqsədi)
11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (əgər edilmisinizsə, nə vaxt, harada hansı orqan tərəfindən və nəyə görə cəlb edilmisiniz)
12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz, əgər bitirməmisinizsə, nə səbəbdən)
13. Azərbaycan Respublikasına gəlməmişdən qabaq xaricdə harada və nə qismində işləmisiniz
14. Əmək fəaliyyətinə başladıqdan sonra icra olunan iş (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bəndi doldurarkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, ünvanını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir
Ay və il İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz İdarə, müəssisə və təşkilatın ünvanı
daxilolma çıxma
15. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)
Qohumluq dərəcələri Soyadı, adı və atasının adı Milliyyəti Vətəndaşlıq İş yeri və vəzifəsi Olduğu ölkə və yaşadığı ünvan
16. Yaşayış yerinizin dəqiq ünvanı və telefonlarınızın nömrələri (ev, iş) _______________

________________________________________________________________________________________

17. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz _________________

________________________________________________________________________________________

18. Ərizəyə əlavə edilən sənədləri sadalayın ______________________________________________

________________________________________________________________________________________

19. Azərbaycan Respublikası vətəndaşlığına mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı qəbul etməyi xahiş edirəm

Oğul, qız Soyadı, adı və atasının adı Doğum ili və ayı Doğum yeri Qeyd
20. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaqda məqsəd _________________________________________________________

21. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə öhdəlik götürürəm.

22. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə səbəb ola bilər.

«___» _________________ Şəxsi imza ____________
(gün, ay, il)
Xidməti qeydlər (Dövlət Miqrasiya Xidmətində doldurulur)

Vətəndaş _______________________________________________________________________________

a) ______________________________________________________________________________________

(pasportu vermiş orqanın adı)

_____________________________________________________________________________ tərəfindən

«___»__________________ ildən «___»___________________ ilədək müddətə verilmiş pasporta
(gün, ay, il) (gün, ay, il)
b) Daxili İşlər Nazirliyi tərəfindən, _____________________ rayon (şəhər) DİŞ tərəfindən _________ seriyalı
____________ nömrəli «___»____________19___ ildən «___»_____________________19___ ilədək
(gün, ay, il) (gün, ay, il)
müddətə verilmiş əcnəbi vətəndaş üçün qeydiyyat vəsiqəsinə
b) Daxili İşlər Nazirliyi tərəfindən, _________________ rayon (şəhər) DİŞ tərəfindən _____________ seriyalı
_______ nömrəli «___»_________________19___ ildən «___»_____________________19___ ilədək
(gün, ay, il) (gün, ay, il)
müddətə verilmiş vətəndaşlığı olmayan şəxs üçün yaşayış vəsiqəsinə malikdir

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı ________________________________________________________________________________________

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

«___» _______________________

(gün, ay, il)

Əlavə 2

Azərbaycan Respublikasının Prezidentinə
Ərizə-Anket

şəkil uçun yer

Xahiş edirəm, mənim Azərbaycan Respublikası vətəndaşlığıma xitam verəsiniz.

Suallar Cavablar
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, səbəbləri göstərilməklə əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)
2. Doğulduğunuz gün, ay, il
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)
4. Milliyyətiniz
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)
6. Əgər başqa vətəndaşlıqda olmusunuzsa, hansı vətəndaşlığa malik olduğunuzu, onu nə ilə əlaqədar itirdiyinizi, nə vaxt Azərbaycan Respublikası vətəndaşlığını əldə etdiyinizi göstərin
7. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)
8. Məhkəmə qaydasında cinayət və ya inzibati məsuliyyətə cəlb olunmusunuzmu, nə vaxt və nəyə görə
9. Dövlət, idarə, müəssisə təşkilatlar və vətəndaşlar qarşısında icra edilməmiş öhdəlikləriniz vardırmı (konkret göstərmək)
10. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)
Qohumluq dərəcələri Soyadı, adı və atasının adı Milliyyəti Vətəndaşlığı İş yeri və vəzifəsi Olduğu ölkə və yaşadığı ünvan
11. Əmək fəaliyyətinə başladıqdan sonra icra olunan iş (ali və orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bənd doldurularkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir.
Ay və il İdarə, müəssisə və təşkilatların adı göstərilməklə, vəzifəniz İdarə, müəssisə və təşkilatın ünvanı
daxilolma çıxma
12. Hərbi mükəlləfiyyətə münasibətiniz və hərbi rütbəniz __________________________________

13. Ev ünvanı ___________________________________________________________________________

14. Xahiş edirəm mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımın Azərbaycan Respublikasının vətəndaşlığına xitam verəsiniz.

Oğul, qız Soyadı, adı və atasının adı Doğum ili və ayı Doğum yeri Qeyd
________________________________________________________________________________________

pasportun seriyası və nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir

15. Ərizəyə əlavə edilmiş bütün sənədləri sadalayın _______________________________________

«___» ________________________

(gün, ay, il)

Şəxsi imza ____________

Anket-ərizə və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı ________________________________________________________________________________________

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

«___» _______________________

(gün, ay, il)